RU

ARDNF yanvar mart aylarında dövlət büdcəsinə 3,2 milyard manat transfert edib

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 23 aprel, AZƏRTAC

İlin birinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2026-cı il büdcəsinin icrası çərçivəsində 3 milyard 210 milyon manat vəsait dövlət büdcəsinə transfert olunub.

Fonddan AZƏRTAC-a bildirilib ki, yanvar-mart aylarında aşağıdakı icrası davam edən layihələrə 7,1 milyon manat yönəldilib, o cümlədən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 1,2 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə 5,9 milyon manat.

Hesabat dövründə ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 6,4 milyon manat təşkil edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
32
4
azertag.az

6Источники