Şagirdlərin fiziki aktivliyinin artırılması və sağlam həyat tərzinin təşviqinə yönəlmiş “Badminton üzrə məktəblilər arasında mini çempionat” qrant layihəsi çərçivəsində silsilə idman fəaliyyətləri həyata keçirilib. Layihə məktəbdə təhsil alan IX sinif şagirdləri arasında idmana marağın artırılmasını və davamlı idman mühitinin formalaşdırılmasını hədəfləyir.
Layihə çərçivəsində hər biri 10 nəfərdən ibarət olmaqla 5 komanda arasında badminton üzrə məktəblərarası turnir təşkil olunub. Yarışlar seçim turu, dörddəbir final, yarımfinal və final mərhələlərini əhatə edib. Turnir müddətində şagirdlər həm fiziki hazırlıqlarını nümayiş etdirib, həm də komanda ruhu və rəqabət mühitində iştirak edərək sosial bacarıqlarını inkişaf etdiriblər.
Yarışların yekununda qalib komandaların diplom və medallarla təltif olunması nəzərdə tutulur. Layihə çərçivəsində eyni zamanda məktəbdə davamlı fəaliyyət göstərəcək idman klubunun yaradılması təşviq olunur ki, bu da şagirdlərin gələcəkdə də idmanla müntəzəm məşğul olmalarına imkan yaradacaq. Layihənin son mərhələsində əldə olunan nəticələrin təqdim ediləcəyi bağlanış tədbiri keçiriləcək.
Qeyd edək ki, layihə Ləman Şirinova tərəfindən Şıxarx kənd 2 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant Müsabiqəsi çərçivəsində həyata keçirilir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта



