RU

Makdevid mövsümün bombardiri, Makkinnon snayperi oldu

ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aprelin 17-də müntəzəm çempionatda son oyunlar keçirildi. "Football-plus.az" xəbər verir ki, son gün bombardirin və snayperin, eləcə də Stenli kuboku uğrunda mübarizə aparacaq bütün komandaların müəyyənləşməsi ilə əlamətdar oldu. “Edmonton”un hücumçusu Konnor Makdevid “Vankuver”lə oyunda 4 məhsuldar ötürmə verdi. “Qol+ötürmə” göstəricisində 138 (48+90) xal toplayan 29 yaşlı kanadalı müntəzəm çempionatın bombardiri üçün ayrılan “Art Ross Trofi”nin sahibi oldu. Makdevid karyerasına 6-cı dəfə bu mükafatı qazandı. O, bu göstəricidə Mario Lemye və Qordi Hou ilə bərabərləşdi. Yalnız Ueyn Qretski bombardirlik sayında (10) adı çəkilən üç hokkeyçini qabaqlayır. Bombardirlərin yarışında 2-ci yeri “Tampa-Bey”in rusiyalı hücumçusu Nikita Kuçerov (130 xal – 44+86), 3-cü yeri isə “Kolorado”nun kanadalı hücumçusu Neytan Makkinnon (127 xal – 53+74) tutdu.Makkinnon həm də müntəzəm çempionatın snayperi oldu. 30 yaşlı kanadalı 80 oyunda 53 qol vurmaqla “Monreal”ın forvardı Koul Kofildi (51) arxada qoydu. 3-cü yeri 48 qolla yuxarıda adı çəkilən Makdevid tutdu. Karyerasında ilk dəfə mövsümün snayperi olan Makkinnona “Moris Rişar Trofi” veriləcək. İndiyə qədər bu mükafatı “Vaşinqton”un rusiyalı hücumçusu Aleksandr Oveçkin hamıdan çox – 9 dəfə qazanıb.Girişdə vurğuladığımız kimi, aprelin 17-də keçirilən oyunlardan sonra pley-offun 1-ci mərhələsinin, yəni konfrans 1/4 finallarının bütün cütləri müəyyənləşdi.Qərb konfransı:Kolorado – Los-AncelesDallas – MinnesotaVeqas – YutaEdmonton – AnahaymŞərq konfransı:Baffalo – BostonTampa-Bey – MonrealKarolina – OttavaPittsburq – FiladelfiyaAprelin 18-dən 19-na keçən gecə Stenli kuboku uğrunda mübarizə start götürdü ki, ilk üç günün nəticələri ilə aşağıda tanış ola bilərsiz. Onu da xatırladaq ki, son iki mövsümdə kuboku qazanan “Florida” bu mövsüm pley-offa vəsiqə qazanmağı bacarmadı.17 aprelYuta – Sent-Luis 3:5 (1:1, 2:2, 0:2)Vinnipeq – San-Xose 1:6 (1:2, 0:3, 0:1)Neşvill – Anahaym 4:5 (2:2, 2:1, 0:2)Kalqari – Los-Anceles 3:1 (0:0, 1:1, 2:0)Edmonton – Vankuver 6:1 (4:1, 1:0, 1:0)Kolorado – Sietl 2:0 (0:0, 1:0, 1:0)konfrans 1/4 finalları18 aprelKarolina – Ottava 2:0 (0:0, 1:0, 1:0)Seriyada hesab – 1:0. 19 aprelDallas – Minnesota 1:6 (0:1, 1:3, 0:2)Seriyada hesab – 0:1.Pittsburq – Filadelfiya 2:3 (0:0, 1:1, 1:2)Seriyada hesab – 0:1.Kolorado – Los-Anceles 2:1 (0:0, 1:0, 1:1)Seriyada hesab – 1:0.20 aprelTampa-Bey – Monreal 3:4 OT (0:1, 2:1, 1:1, 0:1)Seriyada hesab – 0:1.Baffalo – Boston 4:3 (0:1, 0:0, 4:2)Seriyada hesab – 1:0.Veqas – Yuta 4:2 (0:1, 1:1, 3:0) Seriyada hesab – 1:0.Müntəzəm çempionatın yekun cədvəliQərb konfransıMərkəz divizionu1 2 3 4 5 61. Kolorado 82 55 11 16 302-203 1212. Dallas 82 50 12 20 279-226 1123. Minnesota 82 46 12 24 272-240 104 4. Yuta 82 43 6 33 268-240 925. Sent-Luis 82 37 12 33 231-258 866. Neşvill 82 38 10 34 247-269 86 7. Vinnipeq 82 35 12 35 231-260 828. Çikaqo 82 29 14 39 213-275 72Sakit Okean divizionu1. Veqas 82 39 17 26 265-250 95 2. Edmonton 82 41 11 30 282-269 933. Anahaym 82 43 6 33 273-288 92 4. Los-Anceles 82 35 20 27 225-247 905. San-Xose 82 39 8 35 251-292 866. Sietl 82 34 11 37 226-263 79 7. Kalqari 82 34 9 39 212-259 778. Vankuver 82 25 8 49 216-316 58Şərq konfransıAtlantik divizionu1. Baffalo 82 50 9 23 288–241 1092. Tampa-Bey 82 50 6 26 290–231 1063. Monreal 82 48 10 24 283–256 1064. Boston 82 45 10 27 272–250 1005. Ottava 82 44 11 27 278–246 996. Detroyt 82 41 10 31 241–258 927. Florida 82 40 4 38 251–276 848. Toronto 82 32 14 36 253–299 78Paytaxt divizonu1. Karolina 82 53 7 22 296–240 1132. Pittsburq 82 41 16 25 293–268 983. Filadelfiya 82 43 12 27 250–243 984. Vaşinqton 82 43 9 30 263–244 955. Kolambus 82 40 12 30 253–253 926. Aylenders 82 43 5 34 233–241 917. Nyu-Cersi 82 42 3 37 230–254 878. Reyncers 82 34 9 39 238–250 77Qeyd: 1 – oyun, 2 – qələbə, 3 – overtaymda məğlubiyyət, 4 – məğlubiyyət, 5 – şayba, 6 – xal.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
47
1
icma.az

2Источники