Bakı. Trend:
Bakıda məktəblərdə Birləşmiş Millətlər Təşkilatının ÜmumdünyaŞəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ilə bağlı yaztətilinin vaxtı dəyişdirilib.
Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən məlumatverilib.
Məlumata görə, elm və təhsil naziri Emin Əmrullayev bununlabağlı əmr imzalayıb.
Belə ki, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarıvə ibtidai sinifləri üzrə mayın 18-dən 22-dək tətil (1-5 maytarixləri əvəzinə) müəyyən ediləcək.
Bundan başqa, Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizamirayonları istisna olmaqla, Bakı şəhərinin digər rayonlarındafəaliyyət göstərən ümumi təhsil müəssisələrinin V-XI siniflərindədərslər mayın 18-dən 22-dək distant (məsafədən) formadakeçiriləcək.
Eyni zamanda, Bakı şəhərində yerləşən peşə, orta ixtisas və alitəhsil müəssisələrində də tədrisin mayın 18-dən 22-dək distant(məsafədən) formada təşkili əmrdə qeyd olunur.