RU

PSJ növbəti oyuna itki ilə çıxacaq

Bakı. Trend:

PSJ-nin mərkəz müdafiəçisi İlya Zabarnı Liqa 1-in "Anje" iləoyununu buraxacaq.

Trend xaricimediaya istinadən xəbər verir ki, buna səbəb onun 26-cı turunun"Nant"la təxirə salınmış matçında (3:0) sarı vərəqə almasıdır.

Həmin vərəqə onun cari çempionatda aldığı beşinci "sarı" olub.Bu da Ukrayna millisinin üzvünün avtomatik olaraq növbəti görüşüburaxması deməkdir.

Beləliklə, 23 yaşlı müdafiəçi PSJ-nin aprelin 25-də "Anje" iləkeçirəcəyi Liqa 1-in 31-ci tur matçında iştirak edə bilməyəcək.

Cari mövsüm Zabarni Paris təmsilçisinin heyətində bütünturnirlərdə 32 oyuna çıxıb və 1 qol vurub.

Избранный
4
3
az.trend.az

4Источники