RU

"Barselona" zədəli Yamalın durumunu rəsmən açıqladı

"Barselona"nın ulduz vingeri Lamin Yamal zədə səbəbindən 2025/26 mövsümünün sonuna qədər komandaya kömək edə bilməyəcək.

Publika.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Yamalın “Selta” ilə oyunda (1:0) aldığı zədədən sonra aparılan tibbi müayinələr nəticəsində sol ayağın budunun arxa səthində yerləşən iki başlı əzələnin zədələndiyi müəyyən edilib. Klubdan bildirilib ki, futbolçunun əməliyyata ehtiyacı yoxdur.

O, konservativ müalicə kursu keçəcək. Gözlənilir ki, Lamin dünya çempionatına qədər sağalacaq və İspaniya milli komandasının məşqçilər korpusunun sərəncamında olacaq.

Избранный
77
publika.az

1Источники