Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerlihüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərininiştirakı ilə Xanoba kəndində səyyar qəbul keçirib.
Qəbulda Yalama İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxilolan Xanoba, Yalama, Düztahiroba, Ortaoba, Səlimoba, Ukuroba,Yaquboba və Zuxuloba kəndlərinin sakinləri iştirak edib.
Səyyar qəbuldan əvvəl rayon rəhbərliyi Xanoba kəndində şəhidSeymur Şıxvərdi oğlu Ramazanovun büstü önünə gül dəstələri düzərəkşəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərinhəlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildiriblər.Həmçinin sənədsiz evlərin qazlaşdırılması, yolların təmiri,elektrik təsərrüfatının yenilənməsi, rabitə, internet və körpələrevi-uşaq bağçasında əlavə qrupların açılması ilə bağlı müraciətlərsəsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzuvə təkliflərini həssaslıqla dinləyərək, onları narahat edənproblemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarverib. Bir çox müraciət yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədiləyerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət vəqayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevə və Birinci vitse-prezident Mehriban Əliyevayaminnətdarlıqlarını ifadə ediblər.