RU

Naqif Həmzəyev: 23 aprel 2023-cü ildə başladılan hərəkat Azərbaycan tarixinə həkk olundu

“44 günlük Vətən müharibəsindən sonra Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, sülhün əldə olunması üçün bütün mümkün alətləri işə saldı. Təəssüf ki, həmin dövrdə həm Ermənistan siyasi rəhbərliyi, eyni zamanda separatçılar prosesin sülh yolu ilə həllinə maraq göstərmirdilər. Nəticə etibarilə, Azərbaycan ərazisində separatçılar öz mövcudiyyətlərini davam etdirmək istəyirdilər. Uzun illər Azərbaycan torpaqlarının bütün mədəni irsini tapmaqla, dağıtmaqla, viran qoymaqla yanaşı faydalı qazıntılarını da icazəsiz olaraq istifadə etmişdilər və istifadə etməyə davam edirdilər. Nəticə etibarilə, oradan əldə olunan gəlirlər hesabına öz mövcudluqlarını davam etdirirdilər...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

 

Deputat xatırladıb ki, 2023-cü il aprelin 23-də Azərbaycan ekoloqları məhz Şuşadan Laçın istiqamətinə gedən yolda ekoloji aksiya keçirməyə başladılar: “Bu proseslərin dayandırılması üçün aksiya uzun müddət davam etdi. Nəticədə, proseslər həm Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, həmçinin də dinc şəkildə ekoloji böhranın dayandırılmasına gətirib çıxardı. Sonda Azərbaycanın nümayəndə heyəti ilə həmin ərazilərdə yaşayan erməni əsilli insanların nümayəndələri arasında danışıqlar prosesi başladı. Azərbaycan birgəyaşayışla bağlı şərtləri paylaşdı və danışıqlar prosesində də məhz erməni əsilli insanların Azərbaycan vətəndaşlığını qəbul edərək orada yaşamaları üçün hər cür şərait yaratdı. Amma separatçılar uzun illər törətdikləri cinayətlər və xüsusilə, Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi zamanı törətdikləri cinayətləri nəzərə alaraq bu proseslərdən həm özləri çəkindilər, həm də sadə insanları da bu proseslərdən kənarda qoydular. Ekoloji aksiya Azərbaycan torpaqlarının suverenliyini tam bərpa etmək üçün əla zəmin yaratdı. Bir günlük antiterror tədbirləri zamanı separatçılar tamamilə zərərsizləşdirildi.Bu torpaqlar tam Azərbaycanın nəzarətinə keçdi. Məhz 23 aprel 2023-cü ildə başladılan hərəkat Azərbaycan tarixinə həkk olundu. Azərbaycan tarixində öz yerini tapdı. Bu, öyrənilməli və gələcək nəsillərə çatdırılmalı hadisədir. Prosesdə əməyi, əziyyəti olan və birbaşa iştirak edən hər kəsə dərin təşəkkürümü bildirirəm. Şükürlər olsun ki, həm istəyimizə çatdıq, həm də suverenliyimizi tam bərpa etdik”.

 

Aytəkin Qardaşova

Tarix: 23 Aprel 2026, 18:19   
Избранный
37
pravda.az

1Источники