RU

Cəlilabadda ağaclar əkilib və təmizlik işləri aparılıb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Cəlilabad, 23 aprel, AZƏRTAC

Cəlilabad rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində genişmiqyaslı ağacəkmə və təmizlik aksiyası təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya çərçivəsində rayonun müxtəlif ərazilərində abadlıq işləri aparılıb, ətraf mühitin qorunması və yaşıllaşdırılması istiqamətində mühüm addımlar atılıb.

Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiya çərçivəsində iqlim şəraitinə uyğun müxtəlif növ ağac tingləri əkilib, əkilmiş ağaclara aqrotexniki qulluq göstərilərək, onların suvarılması və qorunması istiqamətində zəruri tədbirlər həyata keçirilib. Ərazilərdə mövcud yaşıllıqlara da baxış keçirilərək qurumuş və zədələnmiş ağacların bərpası üçün işlər aparılıb.

Tədbirin əsas məqsədi ekoloji tarazlığın qorunması, şəhər mühitinin daha sağlam və cəlbedici hala gətirilməsi, həmçinin vətəndaşlarda ətraf mühitə qarşı məsuliyyət hissinin artırılması olub.

Müxbir - İlkin Adıyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
94
azertag.az

1Источники