Çimərlik futbolu üzrə Azərbaycan milli komandası aprelin 24-dən 30-dək Su İdmanı Sarayında təlim-məşq toplanışı keçirəcək.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, millimiz hazırlıq dönəmində aprelin 29-da və 30-da Belarus yığması ilə iki yoxlama oyunu keçirəcək.
Hər iki görüşün saat 18:00-da başlanması nəzərdə tutulur.
Artıq çimərlik futbolu yığmamızın bu toplanış üçün heyəti də açıqlanıb. Millimizə dəvət edilmiş oyunçuların adlarını diqqətinizə çatdırırıq:
Qapıçılar: Elçin Qasımov, Emil Omarov;
Oyunçular: Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, İsa Zeynalli, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev.
⇧
