AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir:
Bakı, 23 aprel, AZƏRTAC
Prezident İlham Əliyev Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına təbrik məktubu ünvanlayıb.
TDT ölkələri ekologiya sahəsində əməkdaşlığı inkişaf etdirmək üzrə razılığa gəlib.
Moskvada Zeynalabdin Tağıyev haqqında film təqdim edilib.
Ağsaqqallar Şurasının IX Qurultayı: Eldar Quliyev yenidən sədr seçilib.
Aİ liderləri Kiprdə geosiyasi böhranı müzakirə edir.
Dövlət Neft Fondunun aktivləri 125 milyard manat təşkil edib.
Bakı metropolitenində qatarların hərəkəti tam bərpa olunub.
Kürün səviyyəsinin artması nəticəsində Qarqar çayında mühafizə bəndi yarılıb.
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Avropada satılan yanacaq qiymətlərində kəskin fərq qeydə alınıb.
WUF13 ilə əlaqədar paytaxtdakı təhsil müəssisələrində dərslər distant qaydada keçiriləcək.
Martın 15-də keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb.
İrlandiya parlament nümayəndə heyəti Şuşa və Xankəndi şəhərlərində olub.