RU

Masallıda şəhid ailəsi üçün ev tikilib

Masallıda şəhid ailəsi üçün ev tikilib

 

Masallı rayonunda şəhidlərin xatirəsinin yaşadılması və onların ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir. Bu çərçivədə Xırmandalı kəndində Birinci Qarabağ müharibəsi şəhidi Rüstəm Qənimət oğlu Qasımovun ailəsi üçün yeni fərdi yaşayış evi tikilərək istifadəyə verilib.
Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 
Tədbir şəhidin anım günü ərəfəsinə təsadüf edib, onun xatirəsi dərin ehtiramla yad olunub, ruhuna dualar oxunub və Vətən uğrunda göstərdiyi şücaətdən bəhs edilib.
Çıxış edən rayon rəhbəri dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğının daim ön planda olduğunu vurğulayıb, bu sahədə həyata keçirilən tədbirlərin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bildirilib ki, şəhid ailələrinin sosial müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır və bu sahədə görülən işlər ölkə rəhbərliyinin tapşırıqlarının sistemli şəkildə icra olunduğunu göstərir.
Tədbirin sonunda şəhidin xatirəsinə ehsan süfrəsi təşkil olunub və yenidən bərpa edilmiş məzarı ziyarət edilib.

 

Akif AĞAYEV
 

Избранный
43
qht.az

1Источники