RU

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib (FOTO)

Bakı.Trend:

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetməsəviyyəsində çalışan uzaq səfərlər kapitanları və baş mexaniklərləgörüş olub.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən(RİNN) məlumat verilib.

Qeyd edilib ki, görüş zamanı dənizçiləri maraqlandıran suallaracavab verilib və bir sıra mövzular ətrafında müzakirələraparılıb.

Ünvanlanan suallara cavab olaraq bildirilib ki, dənizçilərinsertifikatlaşdırılması prosesi “Dənizçilərin hazırlanmasına, onlaradiplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın(DHDNÇ) tələblərinə əsasən həyata keçirilir.

Belə ki, müvafiq sahəni tənzimləyən beynəlxalq hüquqi aktlarıntələbləri nəzərə alınmaqla dənizçilərin sertifikatlaşdırılması iləbağlı prosedurların sadələşdirilməsi istiqamətində davamlıtədbirlərin həyata keçirilməsi, həmçinin milli qanunvericilikdəzəruri dəyişikliklərin edilməsi də nəzərdə tutulur.

Tədbir çərçivəsində naviqasiya təhlükəsizliyi, texniki istismar,heyətin idarə olunması, yoxlamaların nəticələri, beynəlxalq bazardaiş imkanları, xüsusilə də yüksəktonnajlı tanker və konteynergəmilərində işləmək imkanları nəzərdən keçirilib. Dənizçilərinbununla bağlı fikirləri, eləcə də agentlik tərəfindən tətbiq olunanyeni tələblər və tövsiyələr barədə fikir mübadiləsi aparılıb.

Dövlət
Dövlət
Избранный
49
9
az.trend.az

2Источники