Bakı. Trend:
"Barselona" İspaniya La Liqasının 33-cü turunda doğma meydanda"Selta"nı 1:0 hesabı ilə məğlub edib.
Trend xaricimediaya istinadən xəbər verir ki, qarşılaşma Frenki de Yonq üçünəlamətdar olub. 28 yaşlı yarımmüdafiəçi Kataloniya təmsilçisininheyətində 293-cü oyununu keçirib.
De Yonq "Barselona"nın heyətində ən çox matça çıxan niderlandlıfutbolçu olub. Təcrübəli oyunçu 292 görüşdə iştirak edən FilipKokunu geridə qoyub.
Qeyd edək ki, Frenki de Yonq 2019-cu ildən "Barselona"da çıxışedir. Niderland millisinin üzvü La Liqa nəhənginin forması ilə 20qol vurub, 31 məhsuldar ötürmə edib.