RU

Ermənilərin alban məbədləri sevdasıVİDEO

Bura nə vaxtsa Qafqazın ən böyük və abad şəhərlərindən biri olan Ağdamdır.

Xezerxeber.az xəbər verir ki, işğal dönəmində bura Ruhlar şəhəri və ya Qafqazın Hiroşiması adlandırılırdı. Erməni tərəfi irsin qorunmasından danışarkən, bax bu mənzərəni - yerlə-yeksan edilmiş minlərlə evi, məktəbi və muzeyi unutmağa çalışır və ya unudur.

Vandalizmin ən ağır forması dini inancın təhqiridir. Və biz bunu tarixi torpaqlarımızdakı abidələrdən gördük. İstər ermənilər tərəfindən içərisində donuz saxlanılan məscidlərimizdən, istərsə də eşilən məzarlardan...

Təkcə Qarabağda deyil, Ermənistanın öz ərazisində də Azərbaycan izləri sistemli şəkildə silinib. İrəvandakı Sərdar sarayı, Şah Abbas və Hacı Novruzəli məscidləri tamamilə məhv edilib. Yeganə qalan Göy Məscid isə orijinal siması dəyişdirilərək "fars məscidi" kimi dünyaya sırınır desək yanılmarıq. Qısası, Qarabağda erməni mədəni irsinə dair abidələr tarixdə heç vaxt mövcud olmayıb.

Rəsmi monitorinq hesabatları sübut edir ki, baş verənlər sadəcə fiziki dağıntı yox, böyük bir mədəni soyqırımıdır. Və bu faktların səsi dezinformasiya kampaniyalarından daha ucadan çıxır. Bu gün azad edilmiş torpaqlarda həmin yaddaş yenidən bərpa olunur. Azərbaycan dövləti həm müsəlman, həm də xristian irsini bərpa etməklə dünyaya tolerantlıq mesajı verir. Lakin, dağıdılmış bu divarlar illərlə törədilən vandalizmin canlı şahidi olaraq qalır və qalacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
126
xezerxeber.az

1Источники