RU

İsrail ABŞ-dan “yaşıl işıq” gözləyir

İsrail Müdafiə Qüvvələri (İDF) İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırdır.

Publika.az xəbər verir ki, bu barədə yəhudi dövlətinin müdafiə naziri İsrael Kats bəyanat yayıb.

Onun sözlərinə görə, əsas məqsəd İranın iqtisadi infrastrukturunu tamamilə məhv etmək və ölkənin ali rəhbərliyini aradan qaldırmaqdır.

"İsrail İrana qarşı müharibəni bərpa etməyə hazırdır. İsrail Müdafiə Ordusu həm müdafiə, həm də hücum üçün tam hazırlıqlı vəziyyətdədir", — deyə Kats nazirliyin mətbuat xidməti tərəfindən yayılan videomüraciətində bildirib.

Nazir təhdid dolu çıxışında İsrailin ən sərt şəkildə hərəkət edəcəyini və İran iqtisadiyyatını tamamilə çökdürməyi planlaşdırdığını vurğulayıb.

Избранный
36
4
publika.az

7Источники