RU

NATO Baş katibi: Nüvə gücümüz hər zaman hazır olmalıdır

Dünyada vəziyyətin gərginləşdiyi bir vaxtda NATO-nun nüvə çəkindirmə gücü etibarlı və təsirli qalmalıdır. Bu, alyansın (NATO-ya üzv olan bütün ölkələrin) təhlükəsizliyi üçün ən vacib şərtdir.

Anadolu Agentliyi xəbər verir ki, bu fikirləri NATO-nun Baş katibi Mark Rutte İstanbulda keçirilən illik Nüvə Siyasəti Simpoziumunda çıxış edərkən səsləndirib.

O bildirib ki, Ankara Sammitində NATO-nun nüvə gücünün təhlükələrə necə uyğunlaşdırılması ilə bağlı strateji qərarlar qəbul ediləcək.

Tədbirə onlayn qoşulan Mark Rutte ev sahibliyinə görə Türkiyəyə təşəkkür edib. O, Türkiyənin müdafiə sənayesinin uğurlarını və alyansın təhlükəsizliyinə verdiyi böyük töhfələri xüsusi vurğulayıb.

Qeyd edək ki, Türkiyənin ev sahibliyi ilə baş tutan tədbirdə alyansa üzv ölkələrdən 150-dən çox nümayəndə iştirak edib. Simpozium iyulun 7-8-də Ankarada keçiriləcək genişmiqyaslı NATO Sammitinə hazırlıq məqsədi daşıyır. 

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
87
azerbaijan-news.az

1Источники