RU

“Qatar Airways” Yaxın Şərqə uçuşlarını bərpa edir

Yazını böyüt
Yazını kiçilt

“Qatar Airways” Yaxın Şərq regionunda bir sıra əsas istiqamətlər üzrə uçuşları bərpa edir.

Hafta.az şirkətin saytına istinadla xəbər verir ki, qərara əsasən, aprelin 23-dən etibarən Doha–Dubay və Doha–Şarcə istiqamətləri üzrə gündəlik reyslər bərpa olunur. Bundan əlavə, Mayın 1-dən isə Dəməşq istiqamətində gündəlik uçuşların həyata keçirilməsi planlaşdırılır.

Bildirilib ki, “Qatar Airways” qlobal uçuş şəbəkəsini mərhələli şəkildə bərpa edəcək. Aviaşirkət iyunun 16-dan altı qitədə 150-dən çox istiqamətə, o cümlədən Bakıya uçuşlarını bərpa etməyi planlaşdırır.

Избранный
86
2
hafta.az

4Источники