RU

Su üzərindəki günəş panelləri canlılar üçün sığınacağa çevrilir

Günəş enerjisi sistemləri artıq torpaqla yanaşı, artıq su üzərində də qurulur. Bu yeni texnologiya həm təmiz enerji istehsal edir, həm də təbiəti qoruyur.

Anadolu Agentliyi xəbər verir ki, Almaniya mütəxəssislərinin hesabatına görə, su üzərindəki panellər quşlar üçün dincəlmə yeridir. Məsələn, Hollandiyadakı layihələrdən birində panellər qurulduqdan sonra ərazidəki qazların sayı xeyli artıb. Köçəri quşlar bu sahələri sığınacaq kimi istifadə edirlər. Panellərin su altında yaratdığı kölgə və xüsusi qurğular balıqların çoxalmasına kömək edir. Balıqlar yırtıcılardan qorunmaq üçün bu kölgəlik sahələrə toplaşırlar. Bu sistemlər suyun həddindən artıq isinməsinin qarşısını alır və suyun keyfiyyətini yaxşılaşdırır.

Professor Coşua Pirs bildirib ki, bu texnologiyanın ən böyük xeyri suyu qorumasıdır. Panellər suyun üzünü örtdüyü üçün buxarlanma azalır və su ehtiyatları qorunur. Eyni zamanda, suyun sərinliyi panellərin daha yaxşı işləməsini təmin edir. Gələcəkdə bu sistemlərdən kənd təsərrüfatında da istifadə olunacaq. “Aqrivoltaik” adlanan bu üsulla həm elektrik enerjisi alınacaq, həm də panellərin altında bitki və balıq yetişdiriləcək. Bu, həm qida istehsalını artıracaq, həm də təbiətlə texnologiyanı bir araya gətirəcək.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
107
azerbaijan-news.az

1Источники