RU

“Trabzonspor”la “Beşiktaş” Türkiyə Kubokunda yarımfinala çıxdılar – ARENA.AZ

Bu gün futbol üzrə Türkiyə Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Samsunspor” – “Trabzonspor” matçının əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Qalib isə penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş Trabzon təmsilçisi yarımfinala yüksəlib.

“Beşiktaş” isə “Alanyaspor”la oyunda darmadağına imza ataraq növbəti mərhələyə vəsiqə qazanıb.

Xatırladaq ki, daha öncə “Gənclərbirliyi” “Qalatasaray”, “Konyaspor” da “Fənərbağça”nı mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlmişdilər.

Beləliklə, Türkiyə Kubokunda finala vəsiqə uğrunda “Beşiktaş” “Konyaspor”la, “Gənclərbirliyi” isə “Trabzonspor”la mübarizə aparacaq. Yarımfinal mərhələsinin oyunları mayın 13-də keçiriləcək. Final qarşılaşması isə mayın 24-də baş tutacaq.

Türkiyə Kuboku
1/4 final
21 aprel

Konyaspor – Fənərbağça 1:0
Qol: Yevtoviç, 120+2.

22 aprel

Qalatasaray – Gənclərbirliyi 0:2
Qollar: F.Üzüm, 51. A.Traore, 83.

23 aprel

Samsunspor – Trabzonspor 0:0 (penaltilər 1:3)

Beşiktaş – Alanyaspor 3:0
Qollar: Ture, 17. O.H.Qyu, 83. O.Kökçü, 85.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
13
10
arena.az

10Источники