RU

Psixoloq: “Oğul uşaqları bəzən ailədə daha çox ilahiləşdirilir ...

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Harvard Universitetinin kəşfinə görə, bacısı olan insanlar özlərini daha xoşbəxt və daha az tənha hiss edirlər. Yüzlərlə ailəni əhatə edən araşdırma bacıya sahib olmağın insan həyatına daha dərin təsir etdiyini göstərib.Bacını niyə insanların xoşbəxtliyi ilə əlaqələndirirlər?

Psixoloq Aygül Məlikova Bizimyol.info xəbər portalına bildirib ki, oğulu soyadın davamçısı olaraq görürlər: “Qardaş-bacı münasibətləri ümumilikdə götürüləndə valideynlər qız və oğlanlarına fərqli yanaşa bilirlər. Təəssüf ki, dünyanın müxtəlif ölkələrində, müsəlman və ya başqa mədəniyyətlərdə, oğul uşaqları bəzən daha çox “ilahiləşdirilir”, onlara “ilahi” varlıq kimi yanaşırlar. Oğulu nəsli davam etdirən, soyadın davamçısı olaraq görülür. Bu səbəbdən bacı-qardaş münasibətlərində zaman-zaman qısqanclıq ola bilər.

Bacılar bir-birinə yalnız bacı kimi deyil, ana kimi davrandıqları təqdirdə yanaşmaları da fərqli olur. Eyni zamanda qadınların doğurqanlıq bacarığı var, bu da onları daha fərqli düşünməyə, daha fəqrli davranmağına səbəb olur.

Bu münasibət onları həm rəfiqə, həm də bir-birinin dar günündə dəstək olan biri halına gətirir.

Qardaş isə evdə daha çox qadağalar qoyan tərəfdir; qayda-qanun onun üçün şərtidir. Ona görə də zaman-zaman bu, bacı-qardaş arasında problemlərə səbəb ola bilər. Beləliklə, bacıların bir-biri ilə münasibəti fərqli, bacı-qardaş münasibəti isə tamamilə fərqli dəyərləndirilir.

Təbii ki, bunu bütün ailəyə şamil edə bilmərik. Bacı-qardaş münasibətinin keyfiyyəti valideynlərin uşaqlara göstərdiyi münasibətdən və öyrətdikləri dəyərlərdən çox asılıdır. Elə ailələr var, bacılar bir-biri ilə düşmən kimidir. Ona görə burda valideynlərin təməl davranışından və uşaqlarına dostcasına yanaşmaqlarından çox şey asılıdır”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
95
bizimyol.info

1Источники