RU

"Mançester Yunayted"in ulduzu Almaniya yolunda - Üçüncü cəhd

Ceydon Sanço ilə "Borussiya Dortmund" arasındakı münasibətlər üçüncü fəslə qədəm qoya bilər. 

Fanat.Az xəbər verir ki, "Sky Sports" 26 yaşlı ingilis cinah oyunçusunun "arılar"ın rəhbərliyinə yenidən "qara-sarı" formanı geyinmək istəyi barədə mesaj göndərdiyini iddia edib. 

Sançonun "Mançester Yunayted"lə müqaviləsi başa çatdığı üçün bu yay azad agent olacaq. O, cari mövsümü icarə əsasında "Aston Villa"da başa vuracaq. Vingerə bir çox klublar maraq göstərsələr də, onun ürəyi Dortmundla bağlı görünür.

"Borussiya"nın baş məşqçisi Niko Kovaç futbol həyatının ən yaxşı illərini Almaniyada keçirən oyunçunun geri dönüşü üçün artıq "yaşıl işıq" yandırıb. Hazırda son qərar klub rəhbərliyinin - idman direktoru Oliver Buxun və baş direktor Lars Rikkenindir. Onlar hazırda müsbət və mənfi cəhətləri ölçüb-biçirlər.

"Borussiya" üçün bu, bu səviyyəli oyunçunu pulsuz transfer etmək üçün əla fürsətdir. Bununla belə, rəhbərlik Sançonun performansındakı zəifləməni nəzərə alır. Onun "Aston Villa"dakı hazırkı statistikası solğun görünür - 33 oyunda cəmi bir qol və üç məhsuldar ötürmə.

O, 2024/25 mövsümündə "Çelsi"də icarə əsasında oynadığı dövrdə də qeyri-sabitliklə bağlı oxşar problemlərlə üzləşib. Bu rəqəmlər onun "Borussiya"dakı ilk mövsümü (2017–2021) ilə kəskin şəkildə ziddiyyət təşkil edir. Həmin illlərdə o, 137 matçda 114 qol vurub. 73 milyon funt sterlinqə transferdən sonra "Mançester Yunayted"də özünü təsdiqləyə bilməyən Ceydon 2023/24 mövsümünün ikinci yarısını da icarə əsasında "Borussiya Dortmund"da keçirib və komandanın Çempionlar Liqasının finalına çıxmasına kömək edib.

Mirağa

Избранный
31
1
fanat.az

2Источники