RU

Ekspert: Fransa Baltik ölkələri üzərində “nüvə çətiri” ssenarisini həyata keçirir

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Fransa Parisin himayəsi altında Baltik ölkələri üzərində “nüvə çətiri”nin yerləşdirilməsi ssenarisinin praktik icrasına başlayır.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyasının Hüquq və Milli Təhlükəsizlik İnstitutunun hərbi eksperti Aleksandr Stepanov Rusiya mətbuatına açıqlamasında bildirib.

O, Fransanın və Polşanın Hərbi Hava Qüvvələrinin “Rafale” qırıcılarının iştirakı ilə Rusiyanın ərazisində şərti zərbələrin məşq ediləcəyi birgə təlimlər barədə xəbərləri şərh edib.

Ekspertin sözlərinə görə, bu addım faktiki olaraq “irəli çəkilmiş çəkindirmə” konsepsiyası çərçivəsində Baltik ölkələri üzərində Parisin rəhbərliyi ilə “nüvə çətiri”nin qurulması ssenarisinin reallaşdırılmasıdır. Stepanov qeyd edib ki, bu, regionda, Rusiya sərhədlərinə yaxın ərazilərdə nüvə arsenalının yerləşdirilməsi istiqamətində növbəti addımdır. Ekspert əlavə edib ki, eyni yanaşma çərçivəsində Finlandiyada da müvafiq normativ hazırlıq və bu qərarların sınaqdan keçirilməsi tendensiyası müşahidə olunur. Onun fikrincə, Polşanı da eyni ssenari gözləyir və ölkə nüvə təzyiqinin proyeksiyası üçün əsas infrastruktur platformasına çevrilə bilər.

Stepanov bildirib ki, Polşa ərazisi, xüsusilə Pomorsk voyevodalığında yerləşən 22-ci taktiki aviabaza formal olaraq Baltik ölkələrinin hava məkanının təhlükəsizliyinin təmin edilməsi üçün istifadə olunsa da, əslində burada müxtəlif tipli çoxfunksiyalı qırıcıların, o cümlədən termonüvə silahı daşıya bilən təyyarələrin yerləşdirilməsi üçün kollektiv infrastruktur formalaşdırılır. Onun sözlərinə görə, 2001-ci ildən bu bazada 41-ci hava-taktiki eskadrilya yerləşir və baza tez-tez NATO-nun “Baltik hava patrulu” proqramı çərçivəsində istifadə olunur. Burada Fransa (Rafale, Mirage 2000), Niderland (F-16, F-35) və İtaliya (Eurofighter Typhoon) kimi müttəfiq ölkələrin təyyarələri yerləşdirilib. Ekspert hesab edir ki, Parisin əsas məqsədi nüvə triadasının hava komponentinin, xüsusilə 600 km məsafəyə malik yüksək dəqiqlikli ASMPA-R raketlərinin tətbiqi imkanlarını sınaqdan keçirməkdir.

“Wirtualna Polska” portalı aprelin 23-də Fransa və Polşanın Baltik dənizi üzərində “nüvə başlıqlı” “Rafale” qırıcılarının iştirakı ilə Rusiyadakı hədəflərə zərbələrin məşq ediləcəyi birgə hava təlimləri keçirməyi planlaşdırdıqlarını yazıb. Təlimlərin Baltik regionu və Polşanın şimalında keçirilməsi nəzərdə tutulur. Qeyd olunur ki, Fransa nüvə daşıyıcısı olan qırıcıları Polşada daimi əsasda yerləşdirməyi planlaşdırmır.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
71
bizimyol.info

1Источники