RU

Azərbaycandan tranzit keçməklə Ermənistana 5 vaqon buğda göndəriləcək

BAKI,TurkicWorld

Bu gün Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Ermənistan Respublikasına 5 vaqon buğda göndəriləcək.

TurkicWorld xəbər verir ki, yükün daşınması beynəlxalq tranzit qaydalarına uyğun şəkildə həyata keçiriləcək.

Göndərişin regionda ticarət-logistika əlaqələrinin davamlılığını təmin etməyə xidmət etdiyi bildirilir.

Избранный
47
50
turkic.world

10Источники