RU

Ombudsman Suriyadan gətirilən Azərbaycan vətəndaşları ilə görüşüb

Bakı. Trend:

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaaprelin 21-də Suriyadan repatriasiya edilən şəxslərlə görüşüb.

Bu barədə Trend-ə Ombudsman Aparatından məlumat verilib.

Xatırladaq ki, aprelin 21-də Suriya Ərəb Respublikasınınmünaqişə bölgəsində yaşamış 5 nəfər (2 qadın və 3 uşaq) AzərbaycanRespublikası vətəndaşının ölkəmizə repatriasiyası həyatakeçirilib.

Bildirilib ki, Ombudsmanın nümayəndələri Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyininmüvafiq müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüşkeçirib, müəssisə tərəfindən zəruri məlumatlar əldə ediblər.

Vurğulanıb ki, görüş zamanı repatriantların ehtiyacları vəhüquqlarının təmini vəziyyəti qiymətləndirilib, onlara Müvəkkilinmandatı və hüquqlarının müdafiəsi mexanizmləri barədə ətraflıməlumat verilib.

Məqalədə:
Избранный
25
7
az.trend.az

10Источники