RU

Bakıda II Xəzər və Mərkəzi Asiya regionlarında neft ticarəti və logistika forumunun ikinci günü öz işinə başlayıb

Bakı.Trend:

Bakıda II Xəzər və Mərkəzi Asiya regionlarında neft ticarəti vəlogistika forumunun ikinci günü öz işinə başlayıb.

Trend xəbər verirki, forumun ikinci günündə aşağıdakı mövzular müzakirə olunur: əsasboru kəmərlərinin — CPC, BTC, Bakı–Supsa və digərlərinin mövcudgücləri və faktiki ötürmə həcmlərinin icmalı; Orta Dəhliz —Zəngəzur dəhlizinin mümkün açılmasından sonra gözlənilən logistikadəyişiklikləri; tranzit müddətinin azaldılması tədbirləri(rəqəmsallaşma prosesləri, gömrük prosedurlarının unifikasiyası,dəmir yollarının modernləşdirilməsi, donanmanın və vaqon parkınınyenilənməsi); Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolununmodernləşdirilməsinin statusu; liman gücləri və inkişafı — Ələt vəDübəndi (Azərbaycan), Aktau və Kurık (Qazaxıstan), Poti, Batumi vəKulevi (Gürcüstan); yük axınlarının artımına hazırlıq; Özbəkistanınlogistika habı kimi rolu — Çin və Cənubi Asiya ilə ticarətdəformalaşan mövqeyi və digər məsələlər.

Qeyd edək ki, forumun gündəliyi dəyişən qlobal mühit şəraitindənəqliyyat və infrastruktur, maliyyə aspektləri və sövdələşmələr,eləcə də ticarət strategiyaları daxil olmaqla əsas istiqamətləriəhatə edir.

Xəbər yenilənəcək

Избранный
13
1
az.trend.az

2Источники