RU

AMB investisiya şirkətləri üçün kapital tələblərini yenilədi

Bakı. Trend:

“2024-2026-cı illərdə maliyyə sektorunun inkişafıStrategiya”sına uyğun olaraq, kapital bazarları iştirakçılarınındayanıqlı fəaliyyətinin təmin edilməsi, həmçinin beynəlxalqtənzimləmə standartlarına uyğunluq səviyyəsinin artırılmasıməqsədilə Mərkəzi Bankın İdarə Heyətinin 1 aprel 2026-ci il tarixliqərarı ilə “İnvestisiya şirkətinin davamlı kapital tələbləriQaydası”na dəyişiklik edilib.

Trend bu barədəAzərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Dəyişikliklər investisiya şirkətlərinin təsnifləşdirilməsini,onların kateqoriyalarının dəyişməsi hallarının tənzimlənməsini,kapital tələblərinin hesablanmasında yeni yanaşmanın tətbiqini,habelə likvid aktivlərə və leverec əmsalına dair yeni tələbləriehtiva edir.

Kapital tələblərinin hesablanmasında yeni yanaşma investisiyaşirkətlərinin ticarət kitabının həcmi ilə yanaşı, investisiyaxidmətlərinin göstərilməsindəki aktivliyini də nəzərə alaraqonların fəaliyyətinin daha mütənasib tənzimlənməsinə şəraityaradacaqdır.

İnvestisiya şirkətlərinin likvid aktivlərinə dair yeni tələblər vəleverec əmsalının minimum həddinin müəyyən olunması kapitalbazarında vasitəçilik fəaliyyəti həyata keçirən iştirakçılarındayanıqlı inkişafına xidmət edir.

İnvestisiya şirkətlərinin yeni requlyativ mühitə uyğunlaşması üçün6 ay müddət müəyyən edilib. Bu müddət ərzində hər bir investisiyaşirkəti öz kateqoriyasını müəyyən etməli, bununla bağlı MərkəziBanka məlumat verməli və fəaliyyətini yeni Qaydayauyğunlaşdırmalıdır.

Qeyd edək ki, Mərkəzi Bank tərəfindən Azərbaycan Kapital BazarlarıAssosiasiyasında (AKBA) təqdimat təşkil olunaraq Qaydalaratəsdiqlənmiş yeni dəyişikliklər ətrafında müzakirələr aparılıb vəsektor nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

“İnvestisiya şirkətinin davamlı kapital tələbləri Qaydası”nadəyişiklikləri bu linkdən nəzərdən keçirmək mümkündür:
https://e-qanun.az/framework/61682

Məqalədə:
Избранный
20
5
az.trend.az

7Источники