RU

Çağrı mərkəzləri "ASAN xidmət" modeli əsasında təkmilləşdiriləcək

Bakı. Trend:

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 4.10-cu bəndininicrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin2026-cı il 21 aprel tarixli 113 nömrəli Qərarı qəbul edilib.Qərarla Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50nömrəli Qərarında dəyişiklik edilib, çağrı mərkəzi mövcud olmayandövlət orqanlarında çağrı xidmətlərinin təşkili nəzərdətutulub.

Bu barədə Trend-ə AsanXidmətdən məlumat verilib.

Belə ki, ölkə üzrə çağrı mərkəzlərinin fəaliyyəti ümumi tələblərəsasında təkmilləşdiriləcək, çağrı mərkəzi olmayan mərkəzi və yerliicra hakimiyyəti orqanlarının xidmətləri mərkəzləşdirilmiş qaydada“ASAN xidmət”in çağrı modeli əsasında “108” Çağrı Mərkəzivasitəsilə göstəriləcəkdir.

Qərarın icrası çərçivəsində Azərbaycan RespublikasınınPrezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrəDövlət Agentliyi tərəfindən çağrı mərkəzi olmayan 84 mərkəzi vəyerli icra hakimiyyəti orqanının, həmçinin müvafiq müraciət olduqdadigər dövlət qurumlarının çağrı xidmətləri “108” Çağrı Mərkəzivasitəsilə təmin ediləcəkdir.

Məqalədə:
Избранный
55
14
az.trend.az

10Источники