Prezident İlham Əliyev tərəfindən 2021-ci ildə imzalanmış "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" haqqında Sərəncamın müəyyən etdiyi strateji istiqamətlərə xüsusi diqqət yetirdim. Qeyd etdim ki, yaşıl iqtisadiyyat iqtisadi artım, ekoloji davamlılıq və sosial rifah arasında balansın təmin edilməsini və resurslardan səmərəli istifadəni formalaşdırılmasını nəzərdə tutur. Prezidentin müəyyən etdiyi 5 milli prioritet isə bu qlobal gündəliklə tam uzlaşaraq ölkəmizin dayanıqlı inkişaf kursunu daha da gücləndirir.
Eyni zamanda vurğuladım ki, xüsusilə aqrar sektor yaşıl transformasiyanın əsas istiqamətlərindən biri kimi çıxış edir. Azərbaycan Dövlət Aqrar Universitetinin qlobal və milli səviyyədə aktual olan belə bir mövzuya müraciət etməsi, onu elmi əsaslarla müzakirə platformasına çevirməsi yüksək qiymətləndirilməlidir.
Universitetin bu istiqamətdə təşəbbüsü göstərir ki, akademik mühit yalnız nəzəri biliklərin ötürülməsi ilə kifayətlənmir, eyni zamanda dövlət siyasətinin prioritet istiqamətlərinə uyğun olaraq praktiki həllərin formalaşdırılmasına töhfə verir".
Tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, FAO-nun Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Milli Məclisinin deputatı Pərvin Kərimzadə, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Jamal çıxış ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31