ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tusk ABŞ-nin Avropaya dəstəyi ilə bağlı şübhələrini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk “Financial Times” qəzetinə müsahibəsində danışıb.
Bildirilib ki, Tusk ABŞ-nin mümkün hücum halında Polşaya və digər Avropa ölkələrinə yardım edib-etməyəcəyi ilə bağlı şübhələrinin olduğunu deyib.
Qeyd olunub ki, o, “Vaşinqton Polşanı Avropadakı ən yaxın müttəfiqlərdən biri hesab edir, lakin real vəziyyətdə bunun necə olacağı sual altındadır” ifadəsini işlədib.
Məlumata görə, Tusk NATO-nun 5-ci maddəsinin hələ də qüvvədə olduğuna inanmaq istədiyini, lakin bəzi hallarda tərəddüdlər yaşadığını vurğulayıb.
Baş nazir qeyd edib ki, bu şübhələr sentyabr ayında Polşa hava məkanına daxil olan 24 naməlum dron hadisəsindən sonra daha da artıb.
Bildirilib ki, Varşava bu hadisəni “Rusiya təxribatı” kimi qiymətləndirsə də, tərəfdaşlarını buna inandırmaq çətin olub.
Tusk həmçinin Rusiyanın yaxın aylarda Avropaya hücum edə biləcəyi ehtimalını da səsləndirib.
Aminə ŞAHSUVARQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.