“Yuventus” Bernardo Silva ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, Turin klubu 31 yaşlı yarımmüdafiəçi ilə ilkin danışıqlara başlayıb. Portuqaliyalı futbolçu mövsümün sonunda Mançester Sitini tərk edə bilər.
2017-ci ildən “şəhərlilər”də çıxış edən Silva 453 oyunda 76 qol və 77 assistə imza atıb. O, klubla 6 dəfə İngiltərə çempionu olub.
Futbolçunun müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir, bazar dəyəri isə 27 milyon avro göstərilir.