Bakı.Trend:
Qazaxıstandan neft məhsullarının sabit tədarükünü təmin etməküçün Xəzər dənizinin hər iki tərəfində dəmir yolu və limaninfrastrukturuna investisiyalar tələb olunur.
Trend xəbər verirki, bunu “Central Asia Marketing” şirkətinin sahibi və təsisçisiKolin Nesbet II Xəzər dənizi və Mərkəzi Asiya regionlarında neftticarəti və logistika forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumu(CPC) daxil olmaqla əsas tədarük marşrutunu genişləndirir, lakinhasilat və ixrac da artır.
“Xəzərin hər iki tərəfində dəmir yolu və liman infrastrukturunainvestisiyalar zəruridir. Bu proses dövlət orqanları iləkoordinasiya edilməlidir”, – deyə o qeyd edib.
Nesbet bildirib ki, büdcə məhdudluğu ciddi problemdir. Buna görətəşəbbüs iri istehsalçıların özlərindən gəlməlidir.
Onun sözlərinə görə, digər həll yolu Bakı və Kurık yaxınlığındadənizdə yerləşən müvəqqəti üzən terminallardır (MÜT).
“Məsələ ondadır ki, MÜT-lər sahildən 2–3 kilometr aralıdadənizdə quraşdırılır. Xüsusilə, Bakı və Kurık sahillərində APLşirkətinin təşviq etdiyi SAL sistemindən istifadə etmək olar. AdiMÜT-lərdən fərqli olaraq, burada tankeri saxlamaq üçünyedəkləyicilərə ehtiyac olmur, SAL texnologiyası buna imkan verir”,– deyə Nesbet vurğulayıb.