RU

Pul saymağın bilinməyən psixoloji təsiri

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

Pulla təmas insan psixologiyasına müsbət təsir göstərə bilər.

Ölkə.az xəbər verir ki, Çindəki Sun Yat-sen Universitetində 84 tələbə ilə aparılan bir araşdırmada iştirakçılar iki qrupa bölünüblər. Bir qrup əskinasları, digəri isə adi kağızları sayıb.

Daha sonra iştirakçılar qəsdən uduzacaqları şəkildə qurulmuş oyuna cəlb olunub və onların stress səviyyəsi ilə emosional dayanıqlılığı ölçülüb. Nəticələr göstərib ki, oyun öncəsi pul sayan tələbələr özlərini daha güclü hiss edib və emosional baxımdan daha dayanıqlı olublar. 

Bundan əlavə, başqa bir test zamanı iştirakçılardan əllərini isti suya salmaları istənilib. Pul sayan qrupun digər qrupla müqayisədə ağrını daha az hiss etdiyi müəyyən olunub.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
52
1
olke.az

2Источники