RU

Qaradağda torpaq çökdü

Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində 2 vətəndaş köməksiz vəziyyətdə qalıb.

VAXT.AZ Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal hadisə yerinə xilasedicilər cəlb edilib.

Qazıntı işləri zamanı torpaq qatının çökdüyü və 2 kişinin torpaq qatının altında qaldığı müəyyənləşib.

Xilasedicilər tərəfindən bir nəfər xilas edilib, digərinin isə meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Избранный
42
4
vaxt.az

10Источники