Səudiyyə Ərəbistanı millisinin yeni baş məşqçisinin adı bəlli olub.
Fanat.Az xəbər verir ki, sözügedən ölkənin Futbol Federasiyası rəsmi saytında Giorgos Donisin təyinatını açıqlayıb.
56 yaşlı yunanla müqavilənin müddəti 2027-ci ilin yayına qədər qüvvədə olacaq.
Donis yeni vəzifəsində DÇ-2026-ya vəsiqə qazanmasına baxmayaraq işdən çıxarılan Erve Renardı əvəz edib.
Donis hazırda Səudiyyə Ərəbistanı çempionatında 11-ci yerdə olan "Əl-Xalidiya"nı çalışdırır. O, həmçinin AEK, "Atromitos", PAOK, "Apoel", "Əl-Hilal", "Şarjah", "Panatinaikos", "Makkabi Təl Əviv", "Əl-Vahda" və "Əl-Fateh" klublarını idarə edib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı mundialda İspaniya, Uruqvay və Kabo-Verde ilə eyni qrupda oynayacaq.