RU

Beynəlxalq ekspert: Mühəndislik həlli elə qurulmalıdır ki, mikroblar gizlənmək üçün yer tapmasın

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 24 aprel, AZƏRTAC

Dizayn, mühəndislik həlləri inşaat sistemlərində qabaqcıl memarlar tərəfindən tətbiq olunur. Hazırda qida əsaslı olan xəstəliklərin alovlanması baş verir. Yüksək patogen xəstəliklər toxumlarda da qeydə alınır. Bütün bu xəstəliklər bizə yeni biliklər təqdim edir. Bunun həllində mühəndislərin cavabları önəmlidir.

AZƏRTAC xəbər verir ki, bunu qida təhlükəsizliyi üzrə beynəlxalq ekspert Anna Vasilenko "Qida təhlükəsizliyinin memarlığı" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, ən vacib məqamlardan biri məlumat əsaslı qərarların verilməsidir: "Bir çox hallarda sahibkarlar prosesi adaptasiya etməlidirlər. Proses elə qurulmalıdır ki, fiziki şəkildə geriyə getmək mümkün olmasın. Həmçinin axın diaqramı yaradılmalıdır. Binanı quranda bu prosesləri nəzərə almalıyıq. Növbəti məsələ gigiyena-sanitariya məsələsidir. Mikroblar gizlənmək istəyəndə özlərinə yer tapacaq. Mühəndislik həlli elə qurulmalıdır ki, mikroblar gizlənmək üçün yer tapmasın. Bu prosesləri əvvəlcədən nəzərə almaq lazımdır. Növbəti məsələ avtomatlaşdırma və robotlardan istifadə edilməsidir. Qablaşdırma, malların daşınması və təmizlənməsində robotlaşdırmadan istifadə oluna bilər. Başqa trend isə yeni texnologiyaların tətbiq olunmasıdır. Yüksəktəzyiqli proseslərdən istifadə etmək lazımdır. Yüksək təzyiq mikrobları öldürməyə kömək edir", - deyə ekspert qeyd edib.

Müxbir - Günel Türksoy

Fotoqraf - Azər İbrahimov

Videooperator - Ceyhun Mustafayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
1
azertag.az

2Источники