Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"ın hücumçusu Kərim Benzema sosial şəbəkədə "Olimpik Lion"a qayıdacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, 38 yaşlı fransalı sosial şəbəkədə canlı yayım edərək yetirməsi olduğu kluba dönməyə hazırlaşmadığını deyib:
"Orada futbolçu kimi oynayacağım inandırıcı deyil. Amma karyeramı bitirəndən sonra rəhbərlikdə yer alacağımı istisna etmirəm".
Benzema 2005-2009-cu illər aralığında "Olimpik Lion"da oynayandan sonra "Real Madrid"ə transfer olunub. Ardından Səudiyyə Ərəbistanına yollanan təcrübəli forvard bu ilin fevralında "Əl-İttihad"ı "Əl-Hilal"a dəyişib.
Toğrul