RU

Bakıda məktəbdə sanitar qovşaqda şagird özünə xəsarət yetirib – araşdırma başlanıb

Bakı. Trend:

145 nömrəli tam orta məktəb 7-ci sinif şagirdinin məktəbdə özünəxəsarət yetirməsi ilə bağlı açıqlama yayıb.

Məktəbdən Trend-ə verilən açıqlamada bildirilir ki, aprelin23-də 145 nömrəli tam orta məktəbin VII sinif şagirdi (müvafiqsəbəbdən şagirdin adı qeyd olunmur) sanitar qovşaqda özünə xəsarətyetirib.

Sinif yoldaşları bununla bağlı müəllimə və məktəb rəhbərliyinəməlumat verib.

Şagirdə dərhal ilkin tibbi yardım göstərilib, təcili tibbiyardım xidmətinə və valideynə məlumat verilib. Hazırda şagirdinvəziyyəti qənaətbəxşdir.

Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb vəmüvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırmaçərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbətaparılıb.

Elm və Təhsil Nazirliyinin Uşaq Müdafiəsi İdarəsininnümayəndələri və məktəb psixoloqu tərəfindən zəruri dəstəkləyicitədbirlər həyata keçirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda 145 nömrəli tam ortaməktəb 7-ci sinif şagirdinin məktəbdə özünə xəsarət yetirməsi iləbağlı xəbərlər yayılmışdı. İddialara görə, qızın özünə xəsarətyetirməsinin səbəbi anası ilə problemləri olub.

Məqalədə:
Избранный
55
2
az.trend.az

3Источники