RU

AFFA UEFA-nın iclasında təmsil olunub

Bakı, 24 aprel, AZƏRTAC

AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA-nın Nyon şəhərində keçirilən Klubların Lisenziyalaşdırma Komitəsinin iclasında komitə üzvü qismində iştirak edib.

AZƏRTAC xəbər verir ki, iclasda UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı üzrə qaydalarda nəzərdə tutulmuş dəyişikliklər, həmçinin müasir futbolun aktual mövzularından olan çoxsaylı klub sahibliyi (multi-club ownership) məsələləri əsas müzakirə predmeti olub.

Səfər çərçivəsində E.Məmmədov, həmçinin UEFA-nın müxtəlif departament rəhbərləri ilə işgüzar görüşlər keçirərək gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

 

Избранный
20
11
azertag.az

10Источники