RU

“Qarabağ”la adı hallanan futbolçu danışdı – Təklif alıb?

Mahaçqala “Dinamo”sunun yarımmüdafiəçisi Məhəmməd Cavad Hüseynnejad Azərbaycan klublarının ona marağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı futbolçu bildirib ki, hazırda diqqəti tam şəkildə mövsümün qalan oyunlarına yönəlib:

“Müqaviləmin daha bir il müddəti var. Qarşıda vacib matçlar var və mövsümün sonu bizim üçün çox önəmlidir. Hazırda yalnız buna fokuslanmışam. Amma mənimlə şəxsən danışan olmayıb”.

Qeyd edək ki, daha əvvəl futbolçu ilə “Neftçi” və “Qarabağ”ın maraqlandığı iddia olunurdu.

Hüseynnejad bu mövsüm Rusiya çempionatında 26 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Избранный
18
idmanxeber.az

1Источники