
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 49 kiloqramdan artıq narkotik aşkarlanıb.Bu barədə Ulusum.az-a DİN-dən məlumat verilib.Bildirilib ki, tədbirlər zamanı saxlanılan 35 yaşlı Allahşükür İsmayılzadədən 34 kiloqram 875 qram, əvvəllər məhkum olunmuş 29 yaşlı Ceyhun Sultanovdan isə 14 kiloqram 700 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Saxlanılan şəxslərin narkotikləri satmaq məqsədi ilə əldə etdikləri müəyyən olunub.Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müəllif
İlhamə Vəliqızı
Diqqət Çəkənlər
Bakıda torpaq uçqunu oldu - ölən var
Kofein beyni yeniləyir
Gənc oğlan yanğında ÖLDÜ