RU

Akliuş bu kluba keçmək üzrədir SON DURUM

ain.az bildirir, Fanat portalına istinadən.

"Monako"nun yarımmüdafiəçisi Maqnes Akliuş "Mançester Yunayted"in onu heyətinə qatmaq planına rəğmən, digər Avropa nəhənginə keçə bilər. 

Fanat.Az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu PSJ-nin transfer hədəfinə çevrilib.

Paris təmsilçisinin baş məşqçisi Luis Enrike şəxsən cari mövsüm adından söz etdirən Maqnesin alınmasını istəyir. Keçidin yay transfer pəncərəsində reallaşacağı gözlənilir.

Xatırladaq ki, Fransa millisinin üzvünün "Monako" ilə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub. Cari mövsüm bütün turnirlərdə 39 matça çıxan Akliuş 7 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Toğrul

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
1
fanat.az

2Источники