RU

ASA nın keçmiş sədri AzRe Təkrarsığorta nın rəhbərliyinə təyin edilib EKSKLÜZİV

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"AzRe Təkrarsığorta"nın rəhbərliyinə yeni təyinat olub.

Bu barədə "APA-Economics"ə təkrarsığorta şirkətindən bildirilib. Məlumata görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının keçmiş sədri Orxan Bayramov təkrarsığorta şirkətinin Direktorlar Şurasının müstəqil üzvü təyin edilib. O bu vəzifədə keçmiş bankir Asim Salamovu əvəzləyib.

Bununla da "AzRe"nin Direktorlar Şurası sədr Tokay Əlizadə ilə birlikdə üç nəfərdən ibarət olub.

Xatırladaq ki, Orxan Bayramov 2013-2017-ci illərdə ASA-nın sədri, 2017-c 2018-ci illərdə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) baş katibi, 2018-2024-cü illərdə isə "BakıKart"ın operatoru - "K Group" MMC-nin direktoru vəzifəsində çalışıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
51
5
apa.az

8Источники