RU

Maliyyə sektorundan və ABA-dan yaşıl gələcəyə növbəti töhfə: 1 milyon ağac hədəfinə doğru (FOTO)

Bakı. Trend:

Aprelin 24-də Müşfiqabad qəsəbəsində ölkənin aparıcı maliyyəinstitutlarının iştirakı ilə növbəti irimiqyaslı ağacəkmə aksiyasıkeçirilib.

Trend xəbərverir ki, bu təşəbbüs Azərbaycan Respublikasının Ekologiya və TəbiiSərvətlər Nazirliyi, Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası(ABA), Azərbaycan Sığortaçılar Assosiasiyası, AzərbaycanMikromaliyyə Assosiasiyası (AMFA), Azərbaycan Fond Bazarıİştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası(AzFina) arasında 13 mart 2023-cü il tarixində imzalanmış“Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümümünasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair AnlaşmaMemorandumu” çərçivəsində reallaşdırılır.

Memorandumun strateji hədəfi 2023-cü ildən başlayaraq 10 ilərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacınəkilməsi vasitəsilə ekoloji tarazlığın bərpasına töhfəverməkdir.

Artıq dördüncü ildir ki, uğurla davam edən aksiyada ekologiya vətəbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Mərkəzi Bankınsədr müavini Gülər Paşayeva, ABA-nın prezidenti Zakir Nuriyev,AMFA-nın Müşahidə Şurasının sədri Cəlal Əliyev, AzFina-nın icraçıdirektoru Azər Əkbərov, habelə digər assosiasiyaların rəhbərşəxsləri və üzv təşkilatların 250-yə yaxın nümayəndəsi iştirakedib.

Ölkədə meşə fondunun zənginləşdirilməsi və yaşıllıq sahələriningenişləndirilməsi məqsədilə Abşeron rayonunun Müşfiqabadqəsəbəsində yerləşən 60 hektar ərazidə yerli iqlimə uyğun 37 500ədəd müxtəlif növ ağacın əkilməsi və müasir suvarmainfrastrukturunun qurulması planlaşdırılıb. Aksiya çərçivəsindəiştirakçılar tərəfindən 1 hektar sahədə 625 ədəd Eldar şamı vəzeytun ağacı əkilmişdir. Bu tədbir maliyyə sektorunun və ABA-nınətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf sahəsində nümayişetdirdiyi yüksək korporativ sosial məsuliyyətin növbətitəzahürüdür.

Maliyyə
Maliyyə
Maliyyə
Избранный
45
40
az.trend.az

10Источники