RU

11 illik buraxılış imtahanları eyni vaxtda keçirilməlidir Repetitordan ÇAĞIRIŞ

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

Martın 9-da keçirilən 11 illik buraxılış imtahanından 2 nəfər, martın 15-də keçirilmiş imtahandan isə 9 nəfər maksimal nəticə 300 bal toplayıb. Bu hal isə cəmiyyətdə narazılıqla qarşılanıb. Bildirilir ki, martın 15-də keçirilən imtahan 9-da keçirilən imtahandan daha asan olduğu üçün maksimum nəticə toplayanlar daha çoxdur. 

Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Muradxan Hüseynov Redaktor.az-a açıqlamasında bildirdi ki, buraxılış imtahanları vahid qaydada olmalıdır:

"Deyək ki, 9-da olan imtahan çətin idi, 15-də olan imtahan ondan bir az yüngül idi. Bu baxımdan burada haqsızlıq və ədalətsizlik var. Çünki imtahanların hamısı vahid olsaydı, ballar da eyni qaydada bölünərdi. Problem budur. 11 illik buraxılış imtahanları eyni vaxtda olmalıdır. İki zona imtahanı birləşdirilib bir zona olsa, daha yaxşı olar".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
1
redaktor.az

2Источники