RU

Formula 1 yenidən İstanbulda: Türkiyə 5 illik razılaşma ilə yarışlara qayıdır

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

İstanbul Parkda keçiriləcək yarış, dünyanın ən böyük və ən həyəcanlı idman tədbirlərindən biri olan "Formula 1"i İstanbulun misilsiz gözəlliyi ilə birləşdirəcək və 180 ölkədə TV və rəqəmsal kanallarda milyonlarla izləyici ilə paylaşılacaq.

Bizimyol.info xəbər verir ki, 2027-ci ildən etibarən Türkiyə Qran-Prisi ən azı 5 il boyunca "Formula 1" təqvimində yer alacaq. İstanbul Parkda keçiriləcək yarış, Türkiyə motor idmanı tarixinin ən dəyərli anlarını yenidən canlandıracaq və İstanbulun yüksək adrenalinli yarışlarla zəngin mədəniyyətini dünyaya tanıdacaq. Daha əvvəl 2005–2011 və 2020–2021-ci illərdə "Formula 1"ə ev sahibliyi edən İstanbul Park, 2027-ci ilin təqvimində dünyanın elit sürücülərini və milyonlarla azarkeşi Türkiyənin ürəyi olan İstanbulda birləşdirəcək.

Türkiyə Qran-Prisinin qlobal təqdimat mərasimi 24 aprel 2026-cı il tarixində İstanbulda keçirilib. Tədbir Türkiyə Respublikasının Prezidenti himayəsində, Gənclik və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Turizm İnkişaf Agentliyi (TGA) və Türkiyə Avtomobil İdmanı Federasiyasının (TOSFED) koordinasiyasında təşkil edilib.

Tədbir Prezident Rəcəb Tayyib Ərdoğanın start verməsi ilə "F1" avtomobilinin İstanbul küçələrində hərəkət etməsi ilə başlayıb. Galataportdan yola çıxan avtomobil, İstanbul Boğazının Avropa tərəfi boyunca Karaköy və Beşiktaş arasında irəliləyərək Dolmabahçədəki Prezident İş Ofisinə çatıb. Tədbir Prezident Rəcəb Tayyib Ərdoğanın, "Formula 1" Baş deirektoru Stefano Domenicali və FIA Prezidenti Mohammed Ben Sulayemin Türkiyə Qran-Prisinin yenidən başlayacağını rəsmi şəkildə elan etməsi ilə sona çatıb. "F1" avtomobilinin İstanbul küçələrindəki səfəri yerli və beynəlxalq mediada canlı yayımlanıb.

Prezident Ərdoğan: “Türkiyə Qran-Prisinin "Formula 1" təqviminə qayıtması ölkəmizin idmana və uğura olan inamının bir göstəricisidir. İstanbul Parkda ən azı 5 il davam edəcək yarışlar həm İstanbulun dünya səhnəsində öncül mövqeyini gücləndirəcək, həm də ölkəmizin region üçün etibarlı bir liman olduğunu dünyaya nümayiş etdirəcək”, - deyə qeyd edib.

İstanbul Parkın 5,338 km-lik çətin trası və məşhur 8-ci virajı "F1" ulduzlarının diqqətini çəkir. Hazırda yarışan pilotlar trasın yol tutumu, əyləncə və yüksək performans xüsusiyyətlərinə görə pilotlar üçün çox arzuolunan bir məkan olduğunu vurğulayırlar.

Gələcək Türkiyə Qran-Prisini izləmək üçün gələn azarkeşlər İstanbulun turistik zənginliklərini də kəşf edə biləcəklər. "Formula 1" həvəskarları Topkapı Sarayını ziyarət edib, dünyanın ən qədim bazarı olan Kapalıçarşıda gəzə bilərlər. Dünyaca məşhur otellər və qida mədəniyyətinin Doğu-Batı ənənələrini birləşdirən İstanbul, yarışsevərlərə adrenalini və mədəni irsi unudulmaz şəkildə təqdim edəcək.

Qeyd edək ki, "Formula 1" 2025-ci ildə 180-dən çox ölkədə 827 milyondan çox TV izləyicisinə və tribunada 6,7 milyondan çox azarkeşə çatmışdır. Sosial mediada isə 2,3 milyardlıq çatımı ilə dünyanın ən çox izlənilən beynəlxalq idman liqası olmuşdur.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
54
icma.az

1Источники