RU

“Əsas məsələ maddiyyat deyil, insan həyatıdır”- Yasin Mustafayev

Yol-nəqliyyat hadisələrinin sayında müşahidə olunan azalma müxtəlif amillərlə bağlıdır. Mütəxəssislər bildirirlər ki, bu tendensiya həm nəqliyyatın düzgün təşkili, həm də nəzarət mexanizmlərinin gücləndirilməsi ilə əlaqədardır.

Nəqliyyat eksperti Yasin Mustafayev QHT.az-a açıqlamasında qeyd edib ki, son dövrlərdə tətbiq olunan cərimələrin artırılması, təhlükəsizlik kameraları və radarların sayının çoxaldılması sürücülərin davranışına birbaşa təsir göstərir:

“Bu azalma təsadüfi deyil. Burada həm hərəkətin təşkili, həm cərimələrin artırılması, həm də təhlükəsizlik kameraları və radarların çoxalması mühüm rol oynayır. Bütün bu amillər sürətin aşağı salınmasına və qaydalara əməl olunmasına şərait yaradır. Nəticədə isə qəzaların sayı azalır.”

Ekspert vurğulayıb ki, bu kimi tədbirlərə qarşı bəzən ictimai narazılıq olsa da, əsas prioritet insan həyatının qorunmasıdır:
“Bəzən cəmiyyət tərəfindən ‘niyə cərimələr artırılır?’ sualı verilir. Amma burada əsas məsələ maddiyyat deyil, insan həyatıdır. Cərimə ikinci plandadır, əsas olan təhlükəsizliyin təmin olunmasıdır".

Zəhra  Ağayeva

Избранный
50
qht.az

1Источники