RU

Dünyada insan haqları böhranı dərinləşir

Amnesty International-ın yeni hesabatına görə, 2025–2026-cı illərdə dünyada insan hüquqları vəziyyəti ciddi şəkildə pisləşib və bir çox ölkədə beynəlxalq hüquq sisteminə etinasızlıq artıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, QHT-nin “The State of the World’s Human Rights” adlı illik hesabatında 144 ölkədə aparılan araşdırmalar nəticəsində müharibələr, siyasi təzyiqlər, diskriminasiya və humanitar böhranların genişləndiyi qeyd olunub. 

Hesabatda xüsusilə silahlı münaqişələr, mülki əhaliyə qarşı zorakılıq və humanitar yardımın məhdudlaşdırılması kimi problemlərin qlobal miqyasda artdığı vurğulanır. Təşkilat bildirir ki, bəzi hökumətlər beynəlxalq hüququ zəiflədərək insan haqlarını ikinci plana keçirir. 

Amnesty International rəhbərliyi vəziyyəti “insan hüquqlarına qarşı sistemli hücum” kimi qiymətləndirərək dövlətləri beynəlxalq hüquq normalarına əməl etməyə çağırıb. 

QHT-nin fikrincə, hazırkı tendensiya davam edərsə, gələcək illərdə qlobal qeyri-sabitlik daha da artacaq və milyonlarla insanın həyatı risk altında qalacaq.

Piranə Xasiyeva

Избранный
69
qht.az

1Источники