RU

BDU tələbələri “YARAT” Müasir İncəsənət Mərkəzində

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 24 aprel, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) Tələbə Gənclər Təşkilatının Kimya fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə “YARAT” Müasir İncəsənət Mərkəzinə ekskursiya təşkil olunub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, məqsəd tələbələrin asudə vaxtını səmərəli dəyərləndirmək, dünyagörüşlərini genişləndirmək və onları müasir incəsənətin müxtəlif istiqamətləri ilə yaxından tanış etmək olub. Ekskursiya zamanı tələbələr mərkəzdə nümayiş olunan “Matrix” sərgisini maraqla izləyiblər.

Sərgi çərçivəsində təqdim olunan əsərlər tələbələrdə fərqli və zəngin təəssürat yaradıb. Onlar incəsənətin texnologiya və fəlsəfə ilə vəhdətini əks etdirən eksponatlarla tanış olub, əsərlərin mahiyyəti ətrafında müzakirələr aparıblar.

Sərginin qeyri-adi konsepsiyası və vizual həlləri tələbələr tərəfindən maraqla qarşılanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
66
azertag.az

1Источники