RU

Baş Prokuror İranın ölkəmizdəki səfirini qəbul edib (FOTO)

Bakı.Trend:

Aprelin 24-də Baş prokuror Kamran Əliyev İran İslamRespublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiriMüctəba Dəmirçilunu qəbul edib.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, Baş prokuror ilknövbədə, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid ƏliXomeneinin vəfatı, həmçinin son hadisələr nəticəsində xeyli saydamülki vətəndaşın ölməsi ilə əlaqədar qarşı tərəfə başsağlığı verib,tezliklə regionda sülhün bərqərar olmasına inamını bildirib.

Həmçinin qeyd edib ki, Azərbaycan və İran xalqları dost vəqardaş xalqlardır və ölkələrimiz arasında qədim tarixi, mədəni vədini bağlar mövcuddur. Xüsusilə vurğuladı ki, hər iki ölkənindövlət başçıları arasında mövcud səmimi və dost münasibətlər bütünistiqamətlərdə, o cümlədən hüquqi sferada da əməkdaşlığındərinləşməsinə rəvac verir.

Bundan başqa, Baş prokuror 2022-ci ildə iranlı həmkarının dəvətiilə həmin ölkəyə etdiyi işgüzar səfəri xatırladıb, eləcə dəmüxtəlif platformalarda İranın hüquq mühafizə orqanlarınınrəhbərləri ilə keçirilən məhsuldar görüşlərini qeyd edib.

Səmimi qəbula görə minnətdarlığını bildirən səfir MüctəbaDəmirçilu iki ölkə arasındakı əlaqələrin əhəmiyyətindən danışıb,son hadisələr fonunda Prezident İlham Əliyevin İran səfirliyiniziyarət edərək şəxsən başsağlığı verməsinə və AzərbaycanRespublikası tərəfindən İran xalqına göstərilən hərtərəfli dəstəyəgörə dərin minnətdarlığını qeyd edib. O bildirib ki, AzərbaycanRespublikası İrana ilk humanitar yardım göstərən ölkə olub və buqarşı tərəf üçün xüsusi məna daşıyır. Eyni zamanda ölkəmizin özərazisi vasitəsilə digər ölkələr tərəfindən göndərilən humanitaryardımların keçidinə şərait yaratması da dostluq addımıdır vəyüksək qiymətləndirilir.

Səfir, həmçinin Azərbaycan və İranın hüquq mühafizə orqanlarıarasında mövcud əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyinidiqqətə çatdırıb.

Görüş çərçivəsində tərəflər cinayətkarlığın müxtəlifformalarına, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinəqarşı mübarizə, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya,məhkumların təhvil verilməsi və bu sahələrdə fəaliyyətinsəmərəliliyinin artırılması məsələlərini müzakirə ediblər. Bununlayanaşı, münasibətlərin daha da inkişaf etdirilməsi məqsədiləqarşılıqlı səfərlərin təşkili barədə fikir mübadiləsi aparılıb.

Baş
Baş
Baş
Избранный
65
19
az.trend.az

10Источники